1. Əsas müddəalar. Mytender.az (bundan sonra platforma adlandırılacaq) İnternet şəbəkəsində məxfiliyinizi qorumağı öhdəsinə götürür. Hazırki Məxfilik Siyasəti Sizin şəxsi məlumatlarınızın toplanması, işlənməsi və saxlanılması barədə məlumatları ehtiva edir. Platformadan istifadə etməklə istifadəçi hazırki sənəddə yer alan məlumatların toplanması və istifadəsi qaydalarının tətbiq edilməsinə razılığını bildirir.

2. Məlumat.

2.1 Toplanılan məlumat. Platforma sayt istifadəçiləri haqqında aşağıdakı məlumatları toplayır:

                              ● Adı, soyadı

                              ● Elektron poçt ünvanını

                              ● Telefon nömrəsini

                              ● Şirkətin adını

                              ● Şirkətin ünvanını

                              ● Vergi ödəyicisinin eyniləşdirmə nömrəsini

2.2 Məlumatların istifadə edilməsi. Aşağıda istifadəçinin şəxsi məlumatlarının bir neçə istifadə yolları təsvir edilmişdir:
                              ● istifadəçinin tələb etdiyi məlumatların və xidmətlərin təqdim edilməsi üçün;

                              ● istifadəçinin müraciətlərinə cavab vermək üçün.

2.3 Məlumatların saxlanılması. Platforma sizin şəxsi məlumatlarınızı istifadəçi hesabınızın aktiv olduğu müddətdə və ya xidmətlərin göstərilməsi üçün zəruri olan vaxt ərzində saxlayır. Şəxsi məlumatların saxlanılması hüquqi öhdəliklərimizin yerinə yetirilməsinin, platforma istifadəçilərinin mübahisələrinin tənzimlənməsinin, saxtakarlığın və sui-istifadənin qarşısının alınmasının, razılaşmalarımızın icrasının və qanuni mənafelərimizin qorunmasının zəruriliyi baxımından, hətta, sizin istifadəçi hesabınızın ləğv edilməsindən və / və ya hər hansı xüsusi xidmətlərin istifadəsinin dayandırılmasından sonra da həyata keçirilə bilər.

2.4 Məlumatların açıqlanması. Platforma istifadəçinin şəxsi məlumatlarını həmin istifadəçinin razılığı olmadan üçüncü şəxslərə ötürmür. Platforma etibarsız hesabların və ya saxta adları və qeydiyyat məlumatlarını ehtiva edən hesabların silinməsi hüququna malikdir.

3. Reklam xarakterli mesajlar. Elektron poçt ünvanınızı və ya digər istənilən əlaqə məlumatınızı (məsələn, telefon nömrəsini və ya sosial şəbəkədə istifadəçi adını) təqdim etməklə, Siz platforma əməkdaşlarından reklam xarakterli paylaşmaların, mesajların və ya zənglərin qəbul edilməsinə razılığınızı bildirirsiniz. Müvafiq olaraq, platforma əməkdaşları elektron poçtunuza reklam xarakterli paylaşmaları və ya mesajları, SMS, şəxsi mətn mesajlarını göndərmək, marketinq zəngləri etmək və ya analoji əlaqə formalarından istifadə etmək hüququna malikdir. Bu cür reklam xarakterli mesajları və ya zəngləri qəbul etmək istəmədiyiniz təqdirdə, istənilən vaxt platformaya bildiriş göndərə və ya aldığınız reklam xarakterli mesajlarda yer alan abunəçilikdən imtina təlimatına riayət edə bilərsiniz.

4. Təhlükəsizlik. Platforma bizimlə paylaşdığınız şəxsi məlumatların fiziki, elektron və icra tədbirləri də olmaqla təhlükəsizlik tədbirlərini həyata keçirəcəkdir. Bundan savayı, platforma HTTPS protokolu üzrə bir sıra xidmətlər resursuna təhlükəsiz girişi, SSL / TLS sahə standartının şifrələnmiş birləşməsi ilə qorunan xüsusi tərtib edilmiş formalar vasitəsilə ödəniş (məsələn, kredit kartının nömrəsi) yolu ilə məxfi məlumatların ötürülməsini də təklif edir. Platforma, həmçinin, mütəmadi olaraq mümkün çatışmazlıqların və hücumların baş verə biləcəyi üzrə sistemə nəzarət edir. Xidmətlərimizin təhlükəsizliyinin artırılması üçün yeni həllər yolunu axtarırıq.

5. İstifadə qaydaları.

5.1 Platforma istifadəçilərdən xoşagəlməz nəticələrə gətirib çıxara biləcək mübahisəli halların və digər pozuntuların yaranmamasını tələb edir. Belə hallara yol verildiyi təqdirdə, platforma yaranmış vəziyyəti təhlil edərək gələcəkdə buna bənzər halların yol verilməməsi üzrə müvafiq tədbirləri həyata keçirməyi öhdəsinə götürür.

5.2 Hazırki məxfilik siyasəti, onun təfsiri və hazırki sənədlə əlaqədar istənilən iradlar və mübahisələr yalnız və müstəsna olaraq Azərbaycan Respublikasının əsas daxili qanunları ilə tənzimlənir, təfsir edilir və icra edilir. Bununla da, siz iradların və mübahisələrin müstəsna olaraq Azərbaycan Respublikasında yerləşən səlahiyyətli məhkəmələr tərəfindən həll edilməsinə razılığınızı bildirirsiniz.

6. Hesabın silinməsi. Siz office@mytender.az elektron ünvanına müraciət etməklə bloqlarımızdan, toplumlarımızdan və ya forumlarımızdan şəxsi məlumatlarınızın silinməsini tələb edə bilərsiniz.

 

Geri
Top
Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct () in Unknown on line 0