Haqqımızda

MYTENDER.AZ satınalmalar sahəsində etibarlı və keyfiyyətli xidmətlərin göstərilməsinə istiqamətlənmiş B2B (business-to-business) seqmentində sahibkarlıq fəaliyyətinin aparılması üçün praktiki və kompleks həllərdən ibarət platformadır.

İnformasiya və rəqəmsal texnologiyaların inkişafının ən zirvə nöqtəsində dünyanın bir çox ölkələrinin iqtisadiyyatı da daxil olmaqla insan fəaliyyətinin bütün sferalarında sahibkarlığa aid şəffaf, etibarlı və keyfiyyətli xidmətlərin istifadəsi və təqdim edilməsi daha çox aktual olur. Burada xüsusi rolu bugünkü iqtisadiyyatın müxtəlif seqmentlərinin rəqəmsallaşdırılması tendensiyası oynayır. Platformanın məqsədi ticarət əlaqələrinin maksimal şəffaflığının əldə edilməsidir.

MYTENDER.AZ - qarşılıqlı faydalı və uğurlu biznesin aparılmasında bir-birinə katalizator olacaq sahibkarlar üçün nəzərdə tutulmuş platformadır. Bu platforma ticarət və bazar münasibətlərinin təşviq edilməsi, həyata keçirilməsi və inkişaf etdirilməsi imkanlarının təmin edilməsi üzrə bir növ körpü olacaqdır.

“Şəffaflığa doğru yol” - bizim əsas şüarımızdır!

 

Missiyamız:

  • Yeni imkanlarının tapılması üzrə biznes-seqmentinə yardım göstərmək.


  • Şəffaf və səmərəli sahibkarlıq fəaliyyətinin aparılmasına kömək etmək.


  • Biznesin əlçatan və rəqabətədavamlı olmasını təmin etmək.


  • Beynəxalq biznes standartları ilə uyğunlaşmaq.


 

MYTENDER.AZ - vaxtını və pulunu dəyərləndirənlər üçün platformadır.

Tərəfdaşlarımız

Xidmətlər

 

MYTENDER.AZ platforması sahibkarlara aşağıdakı xidmətləri göstərir:

   ✔  Tender müşayiəti və sövdələşmədə iştirak etmək istəyən şəxsin sənədlərinin qeydiyyatı
   ✔  Sifarişçinin məqsədlərinə və istəklərinə uyğun gələn tenderlərin seçilməsi
   ✔  Sifarişin, tender sənədlərinin, mümkün risklərin hüquqi və ekspert qiymətləndirilməsi
   ✔  Müraciətlərin hazırlanması və qeydiyyatının aparılması
   ✔  Tender prosesinin bütün mərhələlərində məsləhətçilik fəaliyyəti
   ✔  B2B seqmenti üzrə konsaltinq
   ✔  Biznes elanları və yeni layihələr, "startup"lar və tenderlər üzrə paylaşmalar
   ✔  Veb-səhifədə reklam yerləşdirilməsi

 

Qeyd olunan xidmətlərdən istifadə etmək üçün office@mytender.az elektron poçt vasitəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

Top